Cümə, 03 May

Britaniyada şok gəlişmə: “Bu, Putinin işinə yarayacaq”

image

“Rusiya və Çin Böyük Britaniya ilə qonşu olmaq istəyir”.

Xəbər verilir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinə görə, Rusiya və Çin Şotlandiyanın müstəqillik istəyindən yararlanmağa çalışır:

“Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ilin sentyabr ayında keçirilib. Referendumun nəticəsinə görə, şotlandiyalıların yarıdan çoxu müstəqlliyə deyil, Britaniyanın tərkibində qalmağa səs veriblər. Buna baxmayaraq, Şotlandiyada millətçi qruplar müstəqillik ideyasından imtina etməyiblər. Britaniyanın Avropa İttifaqından ayrılması bir qrup şotlandiyalının xoşuna gəlməyib.

Şotlandiya millətçiləri yeni referendum tələb edirlər. Britaniyada ehtiyat edirlər ki, yeni referendumda nəticə fərqli ola bilər və Şotlandiya əhalisinin yarıdan çoxu bu dəfə müstəqilliyə səs verə bilər. London başqa bir amildən də ehtiyat edir”.

Mərkəzin ekspertlərinin fikrincə, Şotlandiya müstəqillik qazanarsa, Rusiya və Çin bundan öz məqsədləri üçün istifadə edəcək:

“Bəzi ingilis ekspertlərinə görə, Şotlandiya müstəqllik qazandıqdan sonra böyük şirkətlər buranı tərk edəcəklər. Bu halda Şotlandiyanın iqtisadi dəstəyə və kreditlərə ehtiyacı olacaq. Rusiya və Çin Avropada yeni tərəfdaş qazanmaq üçün Şotlandiyaya iqtisadi dəstək vədi verəcək.

Moskva və Pekin Qərbin müxtəlif sanksiyaları ilə üz-üzədir. Buna baxmayaraq, həm Rusiya, həm də Çinin kifayət qədər maliyyə resursları var və onlar bu resurslarla tərəfdaşlarının sayını artırmaq istəyirlər. Buna görə də Moskva və Pekin diqqətlərini müstəqil Şotlandiyaya yönəldəcək.

London Şotlandiyanın müstəqilliyinin əleyhinədir və yeni referendum istəmir. Ancaq Britaniyada müxtəlif ssenarilər barədə düşünür və təhlükələrlə üzləşməməyə çalışırlar. Belə təhlükədən biri Putin Rusiyası və kommunist Çinin tərəfdaşı ilə qonşu olmaqdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15