Medvedçukun qaytarılmasında MİT iştirak edib
Medvedçukun qaytarılmasında MİT iştirak edib
Ukraynanın müxalif siyasətçisi Viktor Medvedçukun Rusiyaya təhvil verilməsi ötən sentyabrda Ankarada baş tutub.
Xəbər verilir ki, bunu yüksək vəzifəli mənbə bildirib.
Medvedçukun olduğu Ukrayna təyyarəsi Ankaranın Esenboğa hava limanına enib. Həmin gün Rusiya təyyarəsi də Türkiyənin paytaxtına gəlib.
Milli Kəşfiyyat Təşkilatı (MİT) həyata keçirdiyi prosesdə mübadilə problemsiz keçib.
Rusiya "Azov" alayının 5 komandirinin Türkiyədə qalması şərtini irəli sürüb.
Sentyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna əsirliyindən azad edilən Medvedçukun Rusiyaya göndərildiyini açıqlayıb.
Azadsoz.com