Cümə, 17 May

Azərbaycanda bu şəxslərin “Tik-Tok”a girişi qadağan oluna bilər

image

Azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə girməyi qanunvericiliklə qadağan olunmalıdır.

Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

Onun çıxışında deyib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlməkdədir.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Bununla əlaqədar vətəndaş cəmiyyəti, valideyn-məktəb işbirliyi olmalıdır. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60%-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə azyaşlılar daha çox istifadə edirlər. Bu rəqəmlər günü-gündən daha da sürətlənir. Bu məsələyə gələcəkdə parlament çərçivəsində diqqət yetirilməlidir”,- deyə deputat təkliflə çıxış edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58