Bazar ertəsi, 29 Aprel

“Taliban” qadınların ali təhsil qadağasının dörd səbəbini açıqlayıb

image

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ölkədə qadınların universitetlərə buraxılmamasına rəsmi münasibət bildirib.

“Taliban” tərəfindən təyin edilən Əfqanıstanın ali təhsil naziri Məhəmməd Neda Nadim qadağaların dörd səbəbini dilə gətirib.

Məhəmməd Neda birinci səbəb olaraq qız tələbələrin qaldıqları yataqxanalarda hökm sürən nəzarətsiz vəziyyəti göstərib. Belə ki, bir neçə gün əvvəl Kabildəki Amerika Universitetinin yataqxanasında aparılan yoxlamalar zamanı oradan spirtli içkilər, narkotik maddələr aşkar edilib.

Qadağanın ikinci səbəbi qız tələbələrin şəhərdəki ali təhsil ocaqlarına kişi qohumlarının müşayiəti olmadan gəlmələridir. “Taliban” nümayəndəsi hazırda ölkədə təhlükəsizliyə tam nəzarət edə bilmədiklərini və bunun nəticəsində qadınların tez-tez cinsi zorakılığa məruz qaldıqlarını vurğulayıb.

Digər səbəb qız tələbələrin onlar üçün nəzərdə tutulan hicab qaydasına riayət etməkdən boyun qaçırmaları və təmtəraqlı paltarlardan istifadə etmələridir.

Sonuncu - dördüncü səbəb isə universitetlərdə (xüsusilə özəl universitetlərdə) gender fərqinə praktikada məhəl qoyulmamasıdır.

Məhəmməd Neda Nadim bəyan edib ki, məhz yuxarıda sadalanan tələblərə riayət edilmədiyindən universitetlərin qapıları müvəqqəti olaraq qadınların üzünə bağlıdır.

Əfqanıstanın ali təhsil naziri əlavə edib ki, təyin edilən qaydaların tətbiqi icra ediləndən və uyğun mühit yaradılandan sonra qadınların təhsil almalarına heç bir maneə yaradılmayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55