Cümə, 17 May

Əfqanıstanda naməlum xəstəlik yayıldı, iki uşaq öldü

image

Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

Xəbər verilir ki, bu barədə çərşənbə axşamı TOLO news telekanalı Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının hökuməti tərəfindən yaradılmış yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə ən azı 80 nəfər xəstələnib və iki uşaq ölüb. Sözügedən xəstəliyin növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxma göstərirlər.

Sentyabrın 13-də Əfqanıstanın “ Haşt e Subh ” qəzeti  əyalətdə vəba epidemiyası barədə məlumat yayıb. Həmin vaxt əsasən Zabulun şimal və şimal-şərq rayonlarında 500-ə yaxın yoluxma halı qeydə alınıb. Ölənlər barədə məlumat verilməyib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58