Bazar, 19 May

Lukaşenko Putinə Ukraynadakı müharibədə iştirakdan İMTİNA ETDİ

image

Lukaşenko Putinə Ukraynadakı müharibədə iştirakdan imtina edib.

Xəbər verilir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəliblər. Ekspertlər qeyd ediblər ki, Putinin Minskə səfəri zamanı hər iki prezident Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə müzakirə etməkdən çəkinib.

“Lukaşenko Belarus sərhədlərini Qərbdən və NATO-dan qorumaq ritorikasından istifadə edir. O, Rusiyanın Ukraynaya təcavüzündə iştirakdan yayınmağa çalışır. Lukaşenko həmçinin fevralın 17-də Belarusda nüvə silahının yerləşdirilməsi ehtimalı ilə bağlı oxşar eyhamlardan istifadə edib, – deyə analitiklər qeyd edirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41