Cümə, 17 May

Polşa 15-65 yaş arası vətəndaşları orduya çağırır: Varşavada nə baş verir?

image

Polşa 15-65 yaş arası könüllüləri döyüş hazırlığının əsaslarını öyrənmək üçün ordu sıralarına cəlb edir.

Xəbər verilir ki, bu barədə Polşanın baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşçak bildirib.

“Biz qərara gəldik ki, belə təlimlərdə tələbələr də iştirak edə bilərlər. 15 yaşdan 65 yaşa qədər hər kəsi dəvət edirik. Yetkinlik yaşına çatmayanlar üçün valideynlərin razılığı tələb olunur”, – baş nazirin müavini deyib.

Bildirilib ki, onlara silahlarla necə davranmaq, tibbi yardımın əsasları və böhran vəziyyətlərində hərəkət etmək bacarıqları öyrədiləcək.

Qeyd edək ki, yaxın vaxtlarda Polşa ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alacaq. Polşa və Almaniya bu komplekslərin Ukraynaya göndərilməsini müzakirə ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58