Bazar ertəsi, 20 May

Qaraciyər problemlərindən xəbər verən əlamətlər

image

Bədəndə tez-tez qançırların görünməsi qaraciyərdə problem olduğunu, vitamin çatışmazlığını və ya müntəzəm dərman qəbul etdiyinizi göstərə bilər.

Xəbər verilirki, bu barədə tibb elmləri namizədi Yekaterina Qerqesova məlumat verib.

"Səbəblərdən biri tez-tez və ya müntəzəm dərman istifadəsi ola bilər. Bunlara ibuprofen və aspirin kimi tanış dərmanlar daxildir. Onlar antikoaqulyantlar kimi fəaliyyət göstərirlər, yəni qanı durultmağa və qan laxtasının əmələ gəlməsinin qarşısını almağa kömək edirlər. Amma steroidlər qana yox, dəriyə təsir göstərir, onu daha incə və zədələnməyə daha həssas edir.

Göyərmələr həm də alkoqol nəticəsində qaraciyərdə yaranan problemləri göstərə bilər. Bu vəziyyətdə qaraciyər kifayət qədər miqdarda zülal istehsal edə bilmir. Dəridə göyərmənin başqa bir əlaməti C və K vitaminlərinin çatışmazlığıdır. Testlər problemi müəyyən etməyə kömək edəcək. Əgər analiz bu vitaminlərin çatışmazlığını göstərirsə, o zaman həkim tərəfindən seçilən vitamin komplekslərinin qəbulu ilə onu təmin etmək lazımdır", - həkim qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41