Çərşənbə axşamı, 30 Aprel

Dünyada İLK DƏFƏ - Siqaret tamamən qadağan olundu

image

Yeni Zelandiyada gələcək nəsillər üçün siqaret çəkmək qadağan edilib.

Xəbər verilir ki, hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur.

Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.

Yeni Zelandiya Səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulayıb:

"Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin müalicəsinə ehtiyac qalmayacaq”.

Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.

Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin sayı əhalinin 18 faizini təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə qədər azalıb.

Nazirliyin daha əvvəlki açıqlamasında yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42