Cümə, 17 May

Tvitter istifadəçiləri üsyan etdi - Hollivud aktrisası üzr istədi

image

Amerikalı aktrisa Cennifer Lourens döyüş filmində baş rolu oynayan ilk qadın olduğunu dediyi üçün üzr istəyib.

Xəbər verilir ki, Lourens bunu “The Hollywood Reporter”ə verdiyi müsahibədə deyib.

Aktrisa bildirib ki, fikrini ifadə edərkən o, karyerasına başlayanda Hollivudda hökm sürən seksist təcrübələri nəzərdə tutduğunu bildirib:

“Mənim demək istədiyim bu deyildi. Bilirəm ki, indiyə qədər döyüş filmində rol alan yeganə qadın mən deyiləm. İstəyim bunun nə qədər gözəl olduğunu vurğulamaq idi. Viola Davislə söhbətdə eşitdiyiniz köhnə mifləri, belə şeylər ətrafında hökm sürən söhbətləri dağıtmaq istəyirdim. Amma fikrimi səhv ifadə etdim. Canlı bir əfsanə ilə danışarkən həyəcanlandığım üçün belə situasiyaya düşdüm”.

Qeyd edək ki, Cennifer Lourensin üzrxahlığı tvitter istifadəçilərinin etirazından sonra baş verib. Onlar aktrisanın diqqətinə çatdırıblar ki, ona şöhrət gətirən “Aclıq oyunları”dan öncə döyüş filmlərində baş rolda yer alan aktrisalar olub. Siqurni Uiver “Alien”, Milla Yovoviç “Ölümcül təcrübə”, Ancelina Coli “Lara Kroft: Qəbir ovçusu”, Uma Turman “Billi öldürməli”, Mişel Yeoh “Oturan pələng, gizli əjdaha” filmində rol alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58