Bazar ertəsi, 29 Aprel

Gəncədə kütləvi dava: 1 nəfər güllələnib, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB

image

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.

Xəbərə görə, məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

***

Gəncədə kütləvi dava olub.

Xəbər verilir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Dava zamanı bir nəfər güllələnərək öldürülüb, iki nəfər bıçaqlanıb.

Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42