Cümə, 17 May

Lukaşenko Qırğızıstana getdi

image

Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstana işgüzar səfər edib. 

Xəbər verilir ki, bu barədə BELTA nəşri məlumat yayıb.

Belarus lideri Bişkekdə dekabrın 9-da keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcək. Bildirilir ki, tədbirdə təşkilatın dövlət başçıları  2023-cü il üçün ümumi bazarların formalaşması, qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması üzrə işlər, sənayedə əməkdaşlıq layihələrinin inkişafı, habelə beynəlxalq fəaliyyətin əsas istiqamətlərini müzakirə etməyi planlaşdırırlar.

Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov sammitdən əvvəl görüşəcəklər. Dekabrın 8-i axşam qeyri-rəsmi şam yeməyi planlaşdırılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58