Bazar, 19 May

Pentaqonun hərbi büdcəsi 858 milyard dollar olacaq

image

2023-cü ildə Pentaqonun hərbi büdcəsi 858 milyard dollar təşkil edəcək - bu məbləğ ABŞ Konqresinin müvafiq komitələri tərəfindən razılaşdırılıb.

Xəbər verilir ki, Pentaqonun hərbi texnikası və əmlakının istismarı və saxlanmasına 317,3 milyard dollar, hərbi personalın saxlanmasına daha 174,5 milyard dollar xərclənəcək.

2023-cü ildə Pentaqon həmçinin hərbi tədarüklərə 161,3 milyard dollar, tədqiqat və inkişafa isə 138,6 milyard dollar xərcləməyi planlaşdırır. 

Hərbi büdcənin ayrı-ayrı maddələrində Ukraynaya dəstək üçün 800 milyon dollar xərclənəcək.  Həmçinin büdcə layihəsinin mətnində ABŞ-ın Rusiyanın beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən kənarlaşdırılmasına çalışacağı bildirilir.

Ötən il ABŞ Konqresi Pentaqonun 778 milyard dollarlıq büdcəsini təsdiqləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41