Cümə, 26 Aprel

Narkotik qəbul edib xidmət göstərən “Prius” sürücüsü tutuldu

image

Suraxanıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.

Xəbər verilir ki, Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.

Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33