Bazar ertəsi, 20 May

Gəncədə gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı

image

Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qaynanasına xəsarət yetirib.

Bölgə müxbirinin verdiyi məlumata əsasən, 1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və onun oğlu 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, 53 yaşlı qadının çənəsi sınıb, 33 yaşlı oğlunun isə qolu qırılıb. Bu şəxslərə ailənin gəlini xəsarət yetirib.

Faktla bağlı artıq araşdırma başlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41