Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı
Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı
Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.
Xəbər verilir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.
Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.
Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır.Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.
Daha ətraflı videomaterialda:
Azadsoz.com