Cümə, 17 May

Azərbaycanda 3-cü kurs tələbəsinin öldürülməsinin DETALLARI - FOTO

image

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirov qətlə yetirilib.

Məlumata görə, araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Məlumata görə, qətlə yetirilən Tosif Nəsirov Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi olub. O, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən restoranların birində ofisiant işləyib. T.Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən Seymur Bayramlı isə həmin restoranda administrator vəzifəsində çalışıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58