Çərşənbə axşamı, 14 May

“Putin uşaqları və qadınları vurur, bu barbarlıqdır” - Bayden

image

“Putin mülki hədəfləri, uşaqları və qadınları vurur, bu barbarlıqdır”.

Xəbər verilir ki, Ağ Evin məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Balidə keçirilən G20 sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşü zamanı deyib.

“Biz NATO üzrə tərəfdaşlarımız və G7 liderləri ilə Rusiyanın bu yaxınlarda Kiyevə və Ukraynanın qərbinə endirdiyi raket zərbələri ilə bağlı müzakirə apardıq. Baş verənlər qəddarlıqdır. Balidəki dünya liderləri qlobal sülhə doğru irəliləyiş əldə etməyə çalışarkən, Putin mülki hədəfləri, uşaqları və qadınları hədəf alır. Rusiya müharibəni dayandıra bilər və bunu etməlidir. Əgər istəsələr, sabah da dayandıra bilərdilər”, - Bayden əlavə edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00