Çərşənbə axşamı, 30 Aprel

Fransa Senatının üzvü: “Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur”

image

“Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur.”

Bu fikirləri yerli bürosuna Fransa Senatının üzvü Natali Qule bildirib.

“Mən bu sənədin əleyhinə səs verdim. Çünki, hər zaman olduğu kimi Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib”, - qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.

Senator Azərbaycana qarşı qəbul olunan qətnamənin ümumiyyətlə heç bir qüvvəsi olmadığını bildirib.

“Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri dəyməyəcək. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyinin dəyişdirə bilməyəcək. Ümumiyyətlə unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu artıq Minsk qrupu mövcud deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42