Çərşənbə axşamı, 30 Aprel

İstanbuldakı terrorun əsas təşkilatçısı HƏBS EDİLDİ

image

Türkiyə İstanbul hücumunu hazırlamaqda şübhəli bilinən şəxsi həbs edib.

Xəbər verilir ki, polis İstanbulda terror aktını planlaşdıran şəxsi saxlayıb.

“Taksimdəki terror aktı ilə bağlı yeni hadisələr: Məhbusların sayı artdı və hücumu planlaşdıran Əmmar Jarkas da ələ keçirildi. Terrorla bağlı həbs olunanların sayı 50-yə çatdı”, – media yazıb.

Hadisədən sonra aparılan əməliyyatda Kobani ilə danışıqların olduğu təsbit edilir. Oradakı mərkəzdən “Qız önəmli deyil. Onu edam etsinlər. Əmmar bizim üçün önəmlidir, Əmmar çıxarın” mesajı alınıb.

Daxili işlər naziri Süleyman Soylu: “Təşkilatın əmri terrorçunun (Əhlam Əlbaşır – red.) öldürülməsi ilə bağlı idi. Ya yerində öldürmək, ya da kanala atmaq göstərişi vardı. Onlar fikirləşirdi ki, terrorçunu öldürəcək və bizə bütün şəbəkəni açmağa mane olacaqlar”.

Onlar bombalı hücumu həyata keçirən terrorçunu qaçaqmalçılıq yolu ilə Yunanıstana keçirməyi planlaşdırırdılar. Qaça bilməsələr, əlaqələrinin ifşa olunmasının qarşısını almaq üçün onları Türkiyədə öldürmək istəyiblər. Amma qadın terrorçu sağ yaxalananda bu plan alt-üst olub.

İstanbulda hücumu planlaşdıran şəxsin adı Əmmar Jarkasdır . Bu böyük “loxma”dır. Kobanidəki qərargahdan “Əmmar bizim üçün önəmlidir, Əmmarı çıxarın” deyiblər. O, təşkilat üçün vacib biridir. Onlar terrorçu qadını Yunanıstana, Əmmar Jarkası isə Bolqarıstana keçirməyi planlaşdırırdılar.

Əmmar Suriya vətəndaşıdır. O, 1 il əvvəl İstanbula gəlib. Kobani ilə əlaqəni o yaradırdı.. Əmmar Jarkas əməliyyatda yaxalanıb, indi istintaqda dindirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42