Şənbə, 18 May

Amazon gələn həftə 10 min işçisini işdən çıxaracaq

image

E-ticarət bazarının ən böyük şirkəti olan Amazon gələn həftə 10.000 nəfəri və ya bütün işçilərin 3%-ni işdən çıxarmağı planlaşdırır.

Xəbər verilir ki, bu barədə “The New York Times” Amerika təşkilatındakı mənbələrə istinadən yazıb.

Onlar ilk növbədə öz Amazon cihazlarını inkişaf etdirən texniki şöbənin əməkdaşlarını işdən çıxarmağa hazırlaşırlar. Kadrlar və satış şöbəsində də ixtisarlar aparılacaq.

Qəzetin yazdığına görə, iki il ərzində Amazonda işləyənlərin sayı iki dəfə artıb, şirkətin gəlirlərinin artımı isə səngiyib. Digər səbəb şirkətin ABŞ-da tənəzzüldən qorxmasıdır.

Ötən həftə CNBC bildirmişdi ki, Meta işçilərinin 13%-ni və ya 11 min nəfəri ixtisar edəcək. Sonra məlum oldu ki, “ Twiitter” sosial şəbəkəsini alan amerikalı sahibkar İlon Mask bir nəfərdən başqa şirkətin rabitə şöbəsinin bütün işçilərini işdən çıxarıb.

Məlumata görə, 2022-ci ildə İT şirkətlərinin 100 mindən çox əməkdaşı 2022-ci ildə işini itirib .

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41