Çərşənbə, 15 May

“Rusiyanın Xersondan çıxması həftələrlə vaxt apara bilər” – Amerikalı general

image

“İlkin göstəricilər onu deməyə əsas verir ki, Rusiya Xersondan çıxmasını yekunlaşdırır. Lakin buna xeyli vaxt gedə bilər”.

Xəbər verilir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Mark Milli mətbuata son açıqlamasında deyib.

Milli deyib ki, Xersonda 20 mindən 30 minədək rus hərbçisi olub və onların Dnepr çayının sol sahilinə keçməsi tezliklə, qısa müddətdə baş verməyəcək: “Onları bu çaydan cənuba keçirmək üçün bir, ya iki gün yox, günlər, hətta həftələr lazım ola bilər”.

Milli onu da əlavə edib ki, Rusiya indiyə qədər bu savaşda ölü və yaralı olaraq, 100 min nəfərdən çox hərbçisini itirib: “Siz 100 mindən artıq Rusiya əsgərinin öldüyünü və yaralandığını görürsünüz. Eyni şey mümkündür ki, Ukrayna tərəfində də var. Çoxlu insan əzabı var”.
Ətraflı

Sülh danışıqlarının perspektivləri barədə də danışan general Milli Birinci Dünya Müharibəsini xatırladaraq deyib ki, həmin vaxt daha erkən diplomatiyadan imtina edilməsi milyonlarla insanın həlak olmasına səbəb olmuşdu: “Ona görə də danışıqlar aparmaq, sülhə nail olmaq üçün imkan varsa, həmin anı tutun…”

Onu da qeyd edək ki, Xersonun azad edilməsindən sonra danışıqların mümkün perspektivləri barədə Qərbdə iki fərqli mövqe formalaşıb. Ekspertlərin bir hissəsi hesab edir ki, Xersonun azad olunması Ukraynanın danışıqlara qatılmasına və güclü tərəf kimi, güc mövqeyindən çıxış etməsinə imkan yaradır. Lakin digər tərəf hesab edir ki, bu hadisə danışıqların bərpasına əsas vermir. Çünki Rusiya yenə də danışıqlardan vaxt udmaqdan və yazda yenidən hücuma keçməkdən ötrü öz qüvvələrini toplamaq üçün istifadə edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00