Çərşənbə axşamı, 07 May

İstanbul - Yekaterinburq reysi təcili eniş etdi

image

İstanbuldan Yekaterinburqa uçan “Sukhoi Superjet 100” sərnişin təyyarəsi kabinədə təzyiqin azaldığı bildirildikdən sonra Soçi hava limanına məcburi eniş edib. 

Xəbər verilir ki, bu barədə TASS-a təcili yardım xidmətlərindən məlumat verilib.

"İstanbul-Yekaterinburq reysini həyata keçirən Sukhoi Superjet 100 sərnişin təyyarəsi təzyiqsizləşdirmə sensoru işə salındıqdan sonra Soçidə məcburi eniş edib. Eniş normal rejimdə baş tutub", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, təyyarə 10 min metrdən bir qədər çox hündürlük əldə edib, lakin sonra enməyə başlayıb. "Fövqəladə vəziyyət Qara dəniz üzərində uçuşdan təxminən 18 dəqiqə sonra yaranıb", - fövqəladə hallar xidmətinin sözçüsü əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24