Çərşənbə, 15 May

Pakistan İmran Xana qadağa QOYDU

image

Pakistanın keçmiş baş naziri İmran Xanın çıxışlarının yayımına  qadağa qoyulub. 

Xəbər verilir ki, eks baş nazir ona qarşı edilən sui-qəsdin dövlət qurumları tərəfindən planlaşdırıldığını bildirib.

Dövlər qurumları isə Xanın bu kimi əsassız iddialarını böhtan adlandırıb və bu məzmunların dərcinin ictimai asayişi poza və ictimaiyyət arasında nifrət yarada biləcəyinə diqqət çəkib. Bütün bunları əsas gətirərək onun çıxışlarına yayım qadağası qoyulub.

PEMRA-dan verilən açıqlamada, Xanın çıxışlarının və mətbuat konfranslarının bütün peyk kanallarında yayımlanmasının qadağan edildiyi bildirilib. Bəyanatda İmran Xanın açıqlamalarının bir çox qanunları pozduğuna diqqət çəkilərək, qərara əməl etməyən televiziya kanallarının lisenziyalarının dayandırıla biləcəyi bildirilib.

Qeyd edək ki, Xan, koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb.

Noyabrın 3-də Vəzirabadda onun konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Silahlı hücumda Hanın ayağına 4 güllə dəyib. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00