Şənbə, 18 May

Şəkidə ŞOK: təmir zamanı uşaq skeletləri tapıldı

image

Şəkidə azyaşlı uşaq skeletləri aşkarlanıb.

Məlumata görə, hadisə "Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu"nda yerləşən və hazırda "Şəbəkə sexi" kimi istifadə olunan ərazidə qeydə alınıb. Həmin tarixi birmərtəbəli tikilidə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb. Burada beton döşəmənin təmiri zamanı 0.8-1.2 metr dərinlikdə 100 il əvvələ qədər aid, 2-3 yeni doğulmuş və ya azyaşlıya məxsus olduğu ehtimal olunan sümüklər aşkar edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41