Cümə, 26 Aprel

Sui-qəsdə uğrayan İmran Xanın son vəziyyəti açıqlandı

image

Cümə axşamı günü sui-qəsdə uğrayan Pakistanın keçmiş baş naziri və müxalifətdəki “Təhrik-i İnsaf” hərəkatının sədri İmran Xan ayaqlarından yaralanıb.

Bu barədə siyasətçinin xəstəxanaya yerləşdirildiyi klinikanın tibb işçiləri məlumat yayıblar.

“Güllə onun hər iki ayağına dəyib. Sağ ayağını zədələyib, sol ayağının sümüyünü zədələyib”, - deyə məlumatda deyilir.

Xatırladaq ki, İmran Xan Qucranvala rayonunun Vəzirabad şəhərində hücuma məruz qalıb. Pakistanın keçmiş baş naziri oktyabrın 28-də Lahor şəhərindən başlayan “Real müstəqillik uğrunda uzun yürüş”ə rəhbərlik edib. O, yük maşınının damında dayanarkən hücum edən gənc aşağıdan tapança ilə Xana bir neçə dəfə atəş açıb. Hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Senator Feysəl Cavid və hərəkatın Pəncab şöbəsinin rəhbəri Əhməd Çatta da yaralananlar arasındadır. Ölən Müəzzəm Nəvazın kimliyi ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün öncə yürüş zamanı daha bir faciə yaşanmışdı. Belə ki, ölkənin tanınmış jurnalisti Sədəf Naim keçmiş baş nazirin olduğu yük maşınının təkərləri altında can vermişdi.

Xan bu ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi qəbul edildikdən sonra Pakistan hökumətinin başçısı vəzifəsindən istefa verib. Yeni baş nazir Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərifi olub. May ayından Xanın partiyası ölkədə hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33