Cümə, 26 Aprel

Sülhməramlıların mandatını uzatmaq çağırışları Kremlin sifarişidir

image

“Rus ordusu Qarabağda Bakının razılığı olmadan 20 il qala bilər” iddiasına reaksiyalar

Soçidə baş tutan görüşdən əvvəl Ermənistan Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı məsələni gündəmə gətirməyə çalışmışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik etdiyi Mülkü Müqavilə Partiyasının qurultayında çıxışı zamanı Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasında maraqlı tərəf kimi çıxış etdiklərini bildirirdi. “Biz Rusiya sülhməramlılarının Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Qarabağda  mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya Prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”, - deyə Paşinyan qeyd edib.

Paşinyanın sərsəm açıqlamasından belə çıxır ki, suveren Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların mandatı Bakının razılığı olmadan da uzadıla bilər. Halbuki 2020-ci il 10 noyabr bəyanatında bu barədə deyilir: “Rusiyanın sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır”.

Moskvadan Xankəndinə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardanyan isə Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib. Ruben Vardanyan deyib ki, “Qarabağın "statusu" müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər. İkincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”. Üçüncüsü, “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”. Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə “müharibə adamı” olmadığını nümayiş etdirir. 

Siyasi analitiklər hesab edir ki, Vardanyanla Nikol Paşinyanın sinxron hərəkət etməsi Moskvanın təlimatıdır. Rusiya sülhməramlıların qalma müddətini indidən uzatmaq qərarı verilməsinə çalışr. Bunun üçün Azərbaycanı da razı salmaq üçün təzyiq elementlərindən istifadə edir. Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu birmənalı mövqe Rusiya və Ermənistanın istəyinin reallaşmasını mümkünsüz edir. Nikol Paşinyan təklifin qəbul edilmədiyini gördü və indi verdiyi açıqlamadakı “məsələ aktualdır və gündəliyə salınacaq” açıqlaması ermənilərə təsəlli xarakterli fikirlərdir. Ruben Vardanyanın müsahibəsindən isə aydın olur ki, o, müharibədən qorxur və müsahibədə “müharibə adamı” olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib.

Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir" - ELXAN  ŞAHİNOĞLU

Ruben Vardanyanın Xankəndinə köçməsinin Kremlin layihəsi olduğu gün kimi aydındır. Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”. Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”. 

Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü isə istisna olunur. Bu, ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar.

Məlumdur ki, Qarabağdakı separatçı rejim də Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyir. Separatçıların rəhbəri Araik Arutyunyan bu fonda Rusiya sülhməramlı qüvvələrinin missiyasının müddətsiz uzadılmasını vacib sayırdı. O, bunun həyati əhəmiyyət kəsb etdiyini vurğulayır və qeyd edirdi ki, 2020-ci ilin noyabrından etibarən Rusiya sülhməramlıları onların təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. Onun fikrincə, ikinci əsas parametr statuslarının ən azı indiki vəziyyətdə saxlanmasıdır. Amma Soçi görüşü ermənilərin bütün istək və arzularının üzərindən xətt çəkdi. Soçidə qəbul edilən bəyanatda sülhməramlı qüvvələrin regionda qalma müddətinin uzadılmasından, ümumiyyətlə, bəhs olunmur.

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında da bu xüsusda maraqlı açıqlamalar verdi: “Sülhməramlılarla bağlı bizim 2020-ci il 10 noyabr tarixli birgə bəyanatımızda da qeyd olunub. Burada əlavə ediləsi bir şey yoxdur. Biz bu barədə danışdıq. Bunun üçün bizim birgə razılığımız olmalıdır. Bilirsiniz, bu, digər məsələlərdən asılı olacaq. Misal üçün, sülh müqaviləsinin mümkün imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdən asılıdır. Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq. Lakin bütün hallarda hər iki tərəf Rusiyaya gördüyü işə görə təşəkkürlərini ifadə etdi”. Beləliklə, Putinin açıqlaması bir daha təsdiq edir ki, sülhməramlıların bölgədə qalma müddətinin uzadılmasından söhbət getmir və bu xüsusda hansısa müzakirələr də aparılmır. Bəs Bakının mövqeyi necədir?

General Muradov Xankəndidə erməni milyonçularla nə danışıb? - Politoloq  Azad Məsiyev CANLI-da...

Ekspert Azad Məsiyev bildirdi ki, Paşinyan həmişə təxribat xarakterli açıqlamalar verir: “Onun məqsədi Rusiya ilə Azərbaycanı üz-üzə qoymaqdır. Amma sülhməramlı qüvvələr Ermənistanda deyil, Azərbaycan ərazisindədir və onların qalıb-qalmaması Bakının siyasi iradəsindən asılıdır. 2025-ci ilə qədər bu hərbi kontingent Qarabağda olacaq. Bu müddətdə xalqlar barışacaqmı? Yəqin ki, antoqonist olan mövqelər üst-üstə düşməyəcək. Ona görə regionda barış uzun çəkəcək. Bu baxımdan zamanı çatanda ermənilər sülhməramlıların bölgədə uzunmüddətli qalması üçün müəyyən provokativ aksiyalar keçirəcəklər. Buna hazır olmalıyıq”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı əminliklə söyləyir ki, sülhməramlıların Qarabağda qalmasına Ermənistan qərar verə bilməz: “Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi. Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı. Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirdi. Sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır. Bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq. Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, dövlət başçısı İlham Əliyev buna imkan verməyib və Putin Bakının mövqeyi ilə razılaşıb. Digər yandan delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək. Kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycanın mövzusu olacaq”.

İrəvan mesaj verir ki, "status" məsələsindən geri çəkilməyəcək" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, açıq görünür ki, Paşinyanın və Vardanyanın əsas məqsədi ilk növbədə Rusiya sülhməramlı qüvvələrinin daimi saxlanılmasına xidmət edir: “Ruben Vardanyan çox güman ki, Qarabağda Araik Arutyunyanı əvəz edəcək və Azərbaycanla danışıqlara gedəcək. Onunla danışıqlar ancaq və ancaq Azərbaycandakı erməni icmasının üzvü kimi aparıla bilər. Azərbaycan, sadəcə olaraq, onlarla təmasları artıra bilər və Vardanyanın müsahibəsində irəli sürdüyü heç bir şərt xarakterli təklifin qəbul edilməsindən söhbət belə getməyəcək. Çünki o fikirlər özündə Qarabağdakı erməni separatçıları "dövlət və həmin dövlətin xalqı" kimi nəzərdə tutur.  Ümumiyyətlə, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlarla danışıqlar, sadəcə, erməni mənşəli vətəndaşlarımızla onların bundan sonrakı yaşayışı barədə danışıqlar kimi ola bilər. Onlara hər hansı bir statusun verilməsindən söhbət gedə bilməz. Burada hər hansı bir formul yoxdur. Azərbaycanın şərti belə olmalıdır-Ermənistan və Rusiya kənara çəkilir və biz Qarabağda ermənilərlə sülh şəraitində yaşayırıq. Onlar da qəbul edəcək. Etməyənlər isə çıxıb gedəcək. Prosesləri qızışdırmaq ermənilərin özlərinin zərərinə işləyəcək. Vardanyan və digər onun kimi Qarabağdakı ermənilər “iki qonşu xalq” terminindən imtina etməlidir. Bu terminlərdən istifadə edərsə, bütün mümkün təmaslar mümkün olmayacaq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33