Bazar ertəsi, 20 May

Putin Ərdoğana nüvə silahından istifadə edib-etməyəcəyini deyib

image

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya tərəfinin Ukraynada nüvə silahından istifadə etmək planının olmadığı barədə Türkiyəni məlumatlandırıb”.

Xəbər verilir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi isə öz növbəsində “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığına dair iddiaları təkzib edib.

Kalın, həmçinin qeyd edib ki, Türkiyə tərəflərə münaqişənin dinc yollar həlli üzrə danışıqlara geri dönməyi təklif etmək niyyətindədir.

Xatırladaq ki, noyabrın 1-i Ərdoğanla Putin arasında telefon danışığı baş tutub. 

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41