Çərşənbə, 15 May

Çağatay Ulusoy evlənir - FOTO

image

Məşhur türkiyəli aktyor Çağatay Ulusoy sevgilisi Duyğu Sarışınla nikah masasına oturmağa hazırlaşır.

Uzun müddətdir birlikdə olan cütlüyün yeni evləri üçün mebel axtarışında olduğu məlum olub.

Şayiələrə görə, onlar gələn ilin yayında ailə həyatı quracaqlar.

Xatırladaq ki, əslən İzmirdən olan Sarışının ulduzu  “Kiçik Cinayetler” serialı ilə parlamışdı. O, “İçeride” serialında Çağatayla rol alıb. 

Ulusoyun ən çox müzakirə olunan münasibətlərindən biri “Medcezir” serialındakı tərəf müqabili Serenay Sarıkaya ilə olub. Cütlük 2013-cü ildə ayrılıb.

Ç. Ulusoy “Delibal”, “Medcezir”, “Hakan: Muhafız” kimi uğurlu layihələrlə tanınır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00