Bazar ertəsi, 06 May

Putin Zelenskinin təklifini qəbul etmədi – Ukrayna liderinə çağırış

image

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşdə Minsk sazişlərinin yenilənməsi məsələsini müzakirə etməlidir.

Xəbər verilir ki, bunu Donbasla bağlı Üçtərəfli Təmas Qrupundakı Kiyev nümayəndə heyətinin üzvü Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, sənədin yenilənməsini tələb edən məqamlardan biri də, işğal edilmiş Donbasda Ukrayna bank sisteminin bərpası və rublun dövriyyəsinin dayandırılmasıdır:

“Bölgədə rubl sistemi işləyir, 2015-ci ilin sentyabrında işə salınıb. Bu baxımdan, ruslar Minsk razılaşmalarının nə qədər BMT tərəfindən razılaşdırıldığını söyləsələr də, 2015-ci ilin sentyabrından bəri işləmir”.

Diplomat bunun müqavilədə yerinə yetirilməyən yeganə müddəa olmadığını vurğulayıb. Arestoviç əlavə edib ki, Ukrayna tərəfinin Minsk razılaşmalarını yeniləmək istəyi, bu razılaşmaların tam həyata keçirilməsinin mümkünsüzlüyü ilə əlaqədardır və Zelenski də öz növbəsində bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyinə tam etibar edə bilər.

Zelenski dünən “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Putinlə Vatikanda görüşmək istədiyini söyləyib. Görüşdə məqsədinin Donbasdakı müharibəyə son qoymaq və münaqişənin həlli üçün koordinasiyalı addımların atılmasının müzakirə etmək olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna cavab olaraq, Putinin Zelenski ilə Moskvadan başqa yerdə görüşməyə hazır olduğuna əmin olmadığını deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58