Şənbə, 18 May

Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədənlərin cəzaları sərtləşdirilir

image

Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədənlərə verilən cəzalar sərtləşdirilir.

Xəbər verilir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında müzakirə olunub.

Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb.

Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir.

Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41