Cümə, 26 Aprel

Rusiyalı aparıcının bu sözləri DÜNYANI DƏHŞƏTƏ GƏTİRDİ - Simonyan onu belə cəzalandırdı 

image

“Russia Today”ın (RT) efirində səslənən qalmaqallı sözlər dünyanı silkələyib.

Xəbər verilir ki, xarici dillərdə yayım həyata keçirən xəbər kanalında aparıcının ukraynalı uşaqlar haqqında dediyi sözlər hiddət doğurub.

“Təzadlı mənalar” verilişini təqdim edən aparıcı Anton Krasovski rusları ukraynalılara qarşı soyqırım törətməyə çağırıb.

Krasovski ukraynalı uşaqların boğulması və ya yandırılması lazım olduğunu bildirib.

Proqramının qonağı olan rusiyalı fantastika yazıçısı Sergey Lukyanenko SSRİ dönəmində bölgəyə səfər edəndə uşaqların sovet əsgərlərini “işğalçı” adlandırdıqlarını dedikdə, Krasovski belə cavab verib: “Rus əsgərlərini işğalçı olaraq görən ukraynalı uşaqlar çaya atılmalı və boğulmalıdır”.

O, həmçinin əlavə edib ki, uşaqları daxmalara bağlaya və yandıra bilərlər.

Krasovski bildirib ki, Ukrayna, ümumiyyətlə, mövcud olmamalıdır: “Bu ölkə dünya xəritəsində qalmamalıdırmı?”

Rusiyalı aparıcının açıqlaması qısa zamanda sərt reaksiyalara səbəb olub. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba RT-yə qlobal qadağa qoymağa çağırıb.

Kanalın baş redaktoru Marqarita Simonovna Simonyan sükutu pozub.

Simonyan açıqlamanı “vəhşi və iyrənc” adlandırıb: “Aparıcı ilə əməkdaşlığımızı dayandırıram. Nə deyəcəyimi bilmirəm. Sözügedən açıqlama kanalın siyasətini əks etdirmir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33