Bazar ertəsi, 29 Aprel

10 dəfə Qafanda olan azərbaycanlı jurnalist: “Ermənilər İranı ələ salır”

image

İranın ötən gün Qafanda konsulluq açması müzakirəsiz ötüşmədi. Konsulluq binasının görüntüləri sosial şəbəkələrdə gündəm oldu.

Xəbər verilir ki, sosial şəbəkələrin Azərbaycan seqmenti konsulluq binasını tövləyə bənzədərək İranın və rəsmi İrəvanın bu addımını gülüş hədəfinə çevirdilər. 

Qafanda konsulluğun fəaliyyət göstərməsi üçün müvafiq bina yoxdur? İranlıları diplomatik nümayəndəlikdən çox tövləyə bənzəyən binada fəaliyyət göstərməyə vadar edən nədir? 

Əslən Cəbrayıl rayonundan olan jurnalist Seymur Verdizadə “Yeni Sabah”a maraqlı məlumatlar açıqlayıb. 1984-85-86-87-ci illərdə üst-üstə azı 10 dəfə Qafanda olduğunu deyən jurnalist bildirib ki, bu şəhərdə konsulluq binası üçün müasir görünüşə malik olan 10-larla bina tapmaq mümkündür: 

“Ermənilər sovet vaxtı bizdən yaxşı yaşayırdı. Qafanda mağazalar ağzına kimi ərzaqla, geyim malları ilə dolu olardı. Buna görə də, nəinki zəngilanlılar, hətta Cəbrayılın Arazboyu kəndlərində yaşayan əhali də ildə azı iki dəfə Qafana gedər, oradan zəruri ərzaq və geyim malları alardılar. İşğaldan əvvəl valideynlərimlə birlikdə azı 10 dəfə Qafanda olmuşam. Qafan Cəbrayıldan və Zəngilandan daha çox inkişaf etmişdi. Sovet dövrü üçün müasir şəhərlərdən biri sayılırdı. Hələ 35-40 il əvvəl Qafanda konsulluq üçün yarayan 100-dən çox bina var idi. Yəqin ki, müstəqillik illərində də yeni binalar inşa olunub. Hazırda Ermənistanın Qafandakı konsulluğundan daha yaxşı vəziyyətdə olan ən azı 100 binanı mən hələ sovet dövründə Qafanda görmüşdüm”.

Seymur Verdizadə deyib ki, rəsmi İrəvanın Qafanda İran konsulluğu üçün yöndəmsiz bina təklif etməsi texniki deyil, siyasi məsələdir: 

“Ermənilər hesab edirlər ki, darmadağın olduqları 44 günlük müharibədə İran onlara yetərincə dəstək vermədi. Üzdə dost kimi görünsələr də, hazırda iki ölkə arasında ciddi problemlər var. Görünür, Ermənistan İranı tövləyə göndərməklə ondan qisas almaq istəyir ya da ermənilər İranı ələ salır. Ermənistanın mövqeyi bəllidir. İranın hansısa ağılla tövlədə konsulluq açmasına isə bu ölkənin xarici siyasət idarəsinin rəhbərliyi aydınlıq gətirməlidir”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42