Şənbə, 18 May

Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib

image

Bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.

Xəbər verilir ki, bir neçə rayonda partlayış səsləri eşidilib.

Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya raketləri cənub istiqamətindən buraxılıb.

"Raketlər bizdən yan keçib. Yəqin ki, ölkənin qərb və mərkəzi hissələrinə düşüb", - o deyib.

Eyni zamanda, Hərbi Administrasiyanın rəhbəri Oleksiy Kuleba Kiyev vilayətində hava hücumundan müdafiə sisteminlərinin (HHM) işə salındığını bildirib.

"Sığınacaqlardan çıxmayın. HHM sistemlərini, düşmən obyektlərini və onların düşməsini əks etdirən foto və videoçəkiliş qadağasını unutmayın. Özünüzə diqqət edin və sakit olun!", - O.Kuleba vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41