Bazar, 19 May

Tramp məhkəmədə İFADƏ VERDİ

image

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədə ifadə verib.

Xəbər verilir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, keçmiş prezident 90-cı illərdə “Elle” jurnalında köşə yazarı olan 75 yaşlı Ceyn Kerrolla təcavüzdə ittiham olunur.

Məlumata görə, bir neçə tanınmış nəşrin köşə yazarı olan Kerroll 2019-cu ildə Trampın 90-cı illərdə Nyu-Yorkun mərkəzindəki mağazanın paltar otağında ona təcavüz etdiyini iddia edən kitab nəşr edib.

Tramp Kerrollu yalan danışmaqda ittiham edib və onu şəxsən tanımadığını bildirib.

Onun sözlərinə görə, jurnalist bu iddiaları kitabına diqqət çəkmək üçün edib.

Trampın bu iş üzrə vəkili Alina Xabba bildirib ki, bu iddia siyasi hiylədən başqa bir şey deyil.

Qeyd edək ki, Kerroll 2019-cu ilin noyabrında Manhetten məhkəməsində Trampa qarşı iddia qaldırıb. O, keçmiş prezidenti böhtanda ittiham edib və təzminat tələb edib. Onun sözlərinə görə, Tramp onu yalan danışmaqda ittiham edərək, onun peşəkar reputasiyasına ciddi zərbə vurub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41