Şənbə, 18 May

Bakıda bir neçə ticarət obyektində yanğın baş verdi - YENİLƏNİB

image

Bakıda bir neçə ticarət obyektində yanğın baş verib.

FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda bir-birinə bitişik , ümumi sahəsi 1500 m² olan birmərtəbəli 12 ədəd müxtəlif təyinatlı satış mağazalarının və 1 ədəd kafenin yanar konstruksiyaları 500 m² sahədə, yaxınlıqdakı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mağazanın plastikdən ibarət qapısı və içərisində olan 5 ədəd kompyuter qismən, həmçinin 1-ci və 2-ci mərtəbələrində quraşdırılmış 5 ədəd kondisioner kompressoru, 6 ədəd plastik pəncərə çərçivəsi, iki mənzilin eyvanına və binanın xarici divarına çəkilmiş lambirdən ibarət üzlük ümumilikdə 27 m² sahədə yanıb.

Obyektlərin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

09:24

Bakıda ticarət obyektində yanğın olub.

Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında bir neçə ticarət obyektində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41