Bazar, 19 May

Tanışı qadına 12 bıçaq zərbəsi vurdu

image

Bakıda 31 yaşlı oğlan tanışı olan qadını öldürməyə cəhd edib.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, hadisə  ötən gün baş verib. Belə ki, dünən Bakıxanov qəsəbəsində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun V.Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Tərlan Qafarov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41