Bazar, 19 May

Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı

image

Müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Xəbər verilir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb:

"Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Qeyd edək ki, etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41