Cümə, 03 May

Rusiyanın Ukraynaya raket zərbələrindən sonra buğdanın qiyməti artıb

image

Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə raket zərbələrindən sonra Çikaqo birjasında buğdanın qiyməti 4,4 % artıb.

Xəbər verilir ki, bunu birjaların məlumatları göstərir.

Çikaqo birjasında buğdanın dekabr fyuçersləri buşel üçün 9,18 ABŞ dollarına yüksəlib.

Geosiyasi vəziyyətin gərginləşməsi investorları Ukraynadan buğda ixracı perspektivləri ilə bağlı şübhələrə sövq etdiyi üçün buğdanın qiyməti artıb.

Xəbər verilir ki, Ukrayna məhsullarının tədarükü ilə bağlı problemlər yaranıb. Buna səbəb İstanbuldan yola düşəcək, yoxlanılması üçün gözləyən gəmilərin sayının artmasıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15