Bazar, 19 May

İmtahanlarda 600 və daha yuxarı bal toplayanların sayı bilindi

image

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2 077 nəfər 600 və daha yuxarı bal toplayıb.

Xəbər verilir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.

Həmin abituriyentlərdən 237 nəfəri məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır.

Ümumən ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkünlərin sayı daimi artım tempinə malik olub. Son 20 ilin göstəricilərinə baxsaq 2001-ci ildə ali məktəblərə qəbul olunan məcburi köçkünlərin sayı 856 nəfər idisə, 2011-ci ildə bu göstərici 2512, bu il isə 6098 nəfərə çatıb.

Yüksək bal toplayan abituriyentlər demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1081 nəfər olub.

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 1081 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 142 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 344 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 510 nəfər olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41