Çərşənbə axşamı, 30 Aprel

“Mən tərəfdarıyam ki, Ermənistanla birbaşa, vasitəçisiz işləyək” - Elmar Məmmədyarov

image

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi:

- Bildiyiniz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan sərhədinə KTMT qoşunlarının gətirilməsi müzakirə olunur, həmçinin də sülh sazişinin hazırlanması barəsində xüsusi müzakirələrin aparılması gözlənilir. Mümkündürmü ki, sərhəddə KTMT qoşunları yerləşdirilsin, habelə Azərbaycan və Ermənistan Rusiyanın təklif etdiyi proqram çərçivəsində sülh sazişini imzalasın?

- Burada o qədər sual yaranıb ki, bunu açıq şəkildə şərh etmək çətindir. Ona görə də gərək, əvvəldən o qədər suala cavab tapıb danışıqlarla bağlı məsələyə toxunasan ki, bunu şərh edəsən. Bir şey demək hələ tezdir. Lakin bəzi fikirlər səsləndirilir.

Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, orada beynəlxalq müşahidəçilər olmalıdır, amma hamı bilir ki, orada Rusiya sərhədçiləri yerləşdirilib. İndi hansı şərtlə, hansı mandatla necə yerləşdiriləcək, bunu bilmək lazımdır. Burada o qədər sual yaranıb ki, buna bir cümlə ilə cavab vermək çətindir. Ona görə də biz bunları danışıqları yolu ilə araşdırmalıyıq ki, bu, necə olacaq, o qoşunlar necə yerləşdiriləcək, yaxud olacaqmı, yoxsa yox? Bunun üçün də bu prosesləri tam şəkildə izləmək lazımdır.

Yəni ki, hansısa konsultasiyalar keçirilməlidir. Əgər Rusiya tərəfindən təşəbbüs gəlsə ki, gəlin, bu mövzuya toxunaq, müzakirələr edək, əlbəttə ki, müzakirələrdən qaçmaq lazım deyil. Amma yenə də deyirəm ki, burada xeyli suallar yaranır ki, bunu da cavablandırmalıyıq.

- Ola bilərmi ki, bu gün Rusiya tərəfinin belə bir açıqlama verməsinin səbəbi Fransanın sərhədə müşahidəçi qismində qoşun yeritməsinə cavab olsun?

- Burada nə istəyirsiniz ola bilər. Çünki Ukrayna hadisələrindən sonra Qərb Rusiya ilə bir masada oturmaq və danışıqlar aparmaq istəmir. Bu baxımdan, Ermənistan ərazisindən sərhəddə hərbçiləri necə yerləşdirəcəklər, nə cür razılığa gələcəklər və s. bunları araşdırmalıyıq. Yenə də deyirəm, sual çoxdur.

- Bu yaxınlarda ölkə başçısı qeyd etmişdi ki, biz Avropanın təklif etdiyi sülh modelini daha çox dəstəkləyirik. Lakin mümkündürmü Rusiyanın təklif etdiyi sülh modelində Avropanın təklif etdiyi modeldən daha cəzbedici məqamlar olsun və Azərbaycan birbaşa Rusiya modeli ilə Ermənistanla masaya otursun?

- Bu, danışıqların mövzusudur və biz gərək, sülh sazişi üzərində işləyək. O cümlədən, delimitasiya və demarkasiya prosesi var ki, biz orada hansı xəritə ilə işləyəcəyik? Mən tərəfdarıyam ki, Ermənistanla birbaşa, vasitəçisiz işləyək. Bir də ki, sülh sazişin mətni də yoxdur axı onun üzərində işləyək. Yəqin ki, hansısa bir layihələr mövcuddur, olmamış olmaz. Amma ilk növbədə, ciddi danışıqlar aparılmalıdır, elə-belə yox. Ən əsası da, liderlər səviyyəsində.

Həmçinin, Azərbaycan və Ermənistan da işçi qrupları yaradıb. Ona görə də gərək, onlar görüşüb sülh sazişinin üzərində işləməlidirlər. Bəli, delimitasiya və demarkasiya, o cümlədən nəqliyyat dəhlizləri üzərində işçi qruplar var və onlar Rusiyanın vasitəçiliyi ilə işləyirlər. Orada müəyyən irəliləyişin şahidi oluruq. Amma həmin yol ilə getsək, sülh sazişinin üstündə də gərək işləməliyik.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42