Şənbə, 18 May

Fəzail Ağamalı ərzaq məhsullarına ƏDV tətbiqi ilə bağlı mühüm təkliflər verdi 

image

Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxış edərək əhalinin gündəlik həyatına təsir edən vacib mövzulardan birinə diqqət çəkdi. O, ərzaq məhdullarına tətbiq edilən ƏDV-nin aşağı salınmasını təklif etdi. Deputat bildirdi ki, ərzaq məhsullarına pərakəndə satış müəssisələrində tətbiq olunan 18 faizlik ƏDV çoxdur və bu rəqəm aşağı salınmalıdır. Bundan əlavə, Azərbaycanda istehsal olunmayan qida məhsullarının idxalına ƏDV tətbiqinə son verilməsini də zəruri saydı.

Spiker “sağ olun, Fəzail müəllim, təkliflərinizi komitə sədri və üzvləri eşitdi” - deyə, çıxışa reaksiya verdi.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41