Şənbə, 18 May

“Ukraynada bir neçə günə...” - Lukaşenko

image

“Ukraynada sülhə bir neçə gün ərzində nail olmaq olar”.

Xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Əgər avropalılar bunu səmimiyyətlə istəsələr, bir neçə gün ərzində sülhə nail olmaq olar”, - Belarus lideri vurğulayıb.

Rusiya-Ukrayna müharibəsindən danışan Lukaşenko Belarusun Ukraynaya hücum etməyəcəyini bildirib:

“Belaruslular heç vaxt heç kimə hücum etməyiblər və bundan sonra da etməyəcəklər. Biz heç kim üçün təhlükə deyildik. Bundan sonra da belə olacaq. Gələcəkdə də belə olacaq. Həmişə istənilən beynəlxalq problemin sülh yolu ilə həllinə sadiqik”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41