Cümə, 26 Aprel

Paşinyan KTMT baş katibini QƏBUL ETMƏDİ - Zas Ermənistanı TƏRK ETDİ

image

Paşinyan KTMT baş katibini qəbul etməyib.

Xəbər verilir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlib və onların burada 5 gün, yəni sentyabrın 25-nə kimi qalması planlaşdırılıb.

KTMT missiyası Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və gərginliyin azaldılması üçün təkliflər hazırlamaq üçün gəlib.

“Dövlət başçısının KTMT-nin baş katibini qəbul edəcəyi güman edilirdi. Axı bu gün sərhəd gərginliyinin yumşaldılması prioritetdir, lakin Paşinyan KTMT-nin baş katibini qəbul etməyib.

Ermənistana gəldikdən iki gün sonra o, Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyadan bir nömrəli düşmən, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalonun rəsmiləri – Baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirib.

Dünən məlumat yayılıb ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zas bir neçə gün əvvəl Ermənistanı tərk edib. Onun konkret hansı gündə getdiyini isə Xarici İşlər Nazirliyi öyrənə bilməyib.

Məsələ burasındadır ki, sentyabrın 22-dən sonra Zas heç bir görüşdə iştirak etməyib, onun iştirakı ilə hər hansı tədbirlə bağlı mesaj yayılmayıb”, –deyə qəzet yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33