Cümə, 17 May

Zaur Baloğlan Əşrəfovu koronavirusa yoluxdurub - cinayət məsuliyyəti varmı?

image

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov ötən gecə vəfat edib. Koronavirusa yoluxan müğənninin ölümündən bir neçə saat öncə verdiyi açıqlama böyük səs-küyə səbəb olub.

Xəbər verilir ki, Əməkdar artist aparıcı Zaurun verilişində koronvirusa yoluxduğunu bildirib:

“Zaur Nəbioğlunun verilişində qonaqlardan birindən şübhələndim. Korona xəstəsinə oxşayırdı, tez-tez öskürürdü. Onu necə o verilişə buraxıblar bilmirəm… Xəstəliyi ağır keçirirəm… Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram”.

Virusa yoluxduqdan 10 gün sonra müğənni koronavirusa yoluxduğu verilişə qarğış etməsi ilə gündəmə gəlmişdi:

“Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrofonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.

Həmin verilişdən olan videonu təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58