Çərşənbə axşamı, 30 Aprel

Somalidə 500 min uşaq ölüm riski ilə üz-üzədir

image

Somalidə qida çatışmazlığı səbəbindən 500 min uşağın ölüm riski ilə üzləşdiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder ölkədəki ərzaq böhranı ilə bağlı mətbuata açıqlama verib.

2011-ci ildə Somalidə yaşanan ərzaq böhranı zamanı 340 min uşağın qida çatışmazlığından əziyyət çəkdiyini bildirən Elder bu il bu rəqəmin 500 mini keçdiyini vurğulayıb.

Elder ərzaq böhranını “bu əsrdə görmədiyimiz kabus” kimi təsvir edib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Somalinin 80 faizi şiddətli quraqlıqdan əziyyət çəkir.

Hökumət artan quraqlıq səbəbindən 23 noyabr 2021-ci ildə ölkə daxilində “fövqəladə vəziyyət” elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42