Cümə, 26 Aprel

“Azərbaycanla sərhəddə yeni və gözlənilməz dəyişikliklər mümkündür” - Abramyan

image

“Yeni gözlənilməz dəyişikliklər mümkündür”. 

Xəbər verilir ki, bunu parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

“Azərbaycan bir neçə gün əvvəl Ermənistana qarşı informasiya “hücumuna” başlayıb. Bu gün isə müdafiə naziri səviyyəsində sərhəddə gərginlik olduğunu bəyan edir, sonra isə qoşunlara sərt əmr verir ki, vəziyyətə nəzarət edin və dərhal cavab verin.

Azərbaycan davranışının əsasında 2 əsas motivi nəzərdən keçirmək olar.

Birincisi, Ermənistanla danışıqlarda nəsə səhv var, ola bilsin ki, bu, konkret prosesin tempi ilə bağlıdır.

İkincisi, Azərbaycan müxtəlif situasiyalarda həyata keçirilən tədbirləri daha da sərtləşdirərək cəbhə xəttindəki siyasətinə yenidən baxmağa çalışır.

Hər iki halda situasiyada yeni dəyişikliklər hələ də gözlənilməz inkişaflarla mümkündür”,- deyə o yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33