Cümə, 17 May

Saakaşvili Gürcüstana qayıtmasına peşmandır

image

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili vətənə qayıtmaqla səhv etdiyini başa düşür. 

Xəbər verilir ki, bu barədə məlumatı Saakaşvilinin oğlu Eduard atasına klinikada baş çəkdikdən sonra deyib.

Gürcüstanın eks-prezidenti uzun sürən aclıq aksiyasının nəticələrinə görə Tbilisidəki “Vivamed” klinikasında müalicə alır. Həkimlər eks-prezidentin vəziyyətini stabil qiymətləndirsələr də, ona qoyulan diaqnoz ictimaiyyətə məlum deyil.

“Onun bədəni siyasi plan rejimində deyil, daha çox sağ qalma rejimindədir. O, bura gəlməyin səhv olduğunu başa düşür, mən bunu ondan dəfələrlə eşitmişəm. Məncə, o, bunu başa düşüb. Düşünür ki, Gürcüstana gəlməməli idi”, - Eduard bildirib. 

Onun sözlərinə görə, bu gün eks-prezidentin prioriteti “sadəcə yaşamaq və sağlam qalmaqdır”.

“Onu hər hansı siyasi fəaliyyətdə bu vəzifədə təsəvvür etmək mənim üçün çətindir. Amma uzunmüddətli perspektivdə o, Ukraynada və ya başqa yerdə olacaqmı, bilmirəm. Düzünü desəm, bu, mənim üçün vacib deyil və özü də bundan narahat deyil”, - Saakaşvilinin oğlu qeyd edib.

Oğlu eks-prezidentin səhhətinin pisləşdiyini deyib: 

“Onun enerjisi çox azdır, bəzi şeyləri unudur. O, xəstə insan təəssüratı yaradır. Onun həqiqətən güclü müalicəyə ehtiyacı var”.

Qeyd edək ki, Saakaşvilinin 2021-ci il oktyabrın 1-də həbsindən həmin ilin noyabr ayının sonuna qədər davam edən 50 günlük aclıq aksiyasından sonra səhhəti pisləşib. Həbsə səbəb iki cinayət işi üzrə hökmlər olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41