Cümə axşamı, 16 May

SOCAR 120 milyonluq tanker aldı

image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neft daşınması üçün Yunanıstanın "Kyklades Maritime Corporation" şirkətindən 120 milyon dollar dəyərində "Aframax" tipli üç tanker satın alıb.

Verilən məlumata görə, bu barədə Türkiyə KİV-ləri bildirir.

Dedveyti 115 min ton olan gəmilər SOCAR-a 2021-ci ilin üçüncü rübündə təhvil veriləcək və İkinci Qarabağ müharibəsində həlak olmuş komandirlərin adını daşıyacaq.

Qeyd edək ki, hər biri 40 milyon dollar dəyərində olan "Nissos Schinoussa", "Nissos Therassia" və "Nissos Heraclea" tankerləri 2015-ci ildə Cənubi Koreyada istehsal olunub.

Tankerlərin uzunluğu 252 metr, eni 45 metr təşkil edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00