Bazar, 19 May

ABŞ cənubda əks-hücum üçün Ukraynaya silah verib - CNN

image

ABŞ rəhbərliyi bir neçə ay ərzində Ukraynaya ölkənin cənub regionlarında böyük əks-hücuma başlamaq üçün silahlar verib.

Məlumata görə, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Məlumatlı mənbə bildirib ki, Ukrayna rəhbərliyi ABŞ-dan əks-hücum üçün silah istəyib. ABŞ bu tələbi döyüş sursatları, artilleriya və “Javelin” (tank əleyhinə kompleks) verməklə ödəyib. Təchizat son 2 ayda ABŞ-ın yardım paketləri çərçivəsində reallaşıb.

Nəşrin yazdığına görə, yardım paketləri hamıya məlum olsa da, onların indi davam edən əks-hücum üçün nəzərdə tutulduğu bilinmirdi. Pentaqon Kiyevlə vaxtaşırı məsləhətləşərək Cənubda istifadə üçün konkret silahı müəyyən edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41